Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.78% – 40,524.79 bəndədək, S&P 500 indeksi 0.79% – 5,405.97 bəndədək, Nasdaq indeksi isə 0.64% – 16,831.48 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 14-də FTSE 100 indeksi 2.14% –…
Kriptovalyuta bazarının son göstəriciləri
Aprelin 15-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:35-də “CoinMarketCap” platformasında son 24 saatda 1.32% bahalaşaraq 85 605 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də artım…
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,47% artaraq 3 241,55 ABŞ dollarına bərabər olub. COMEX-də…
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,81% artaraq 3,365 ABŞ dolları təşkil…
Azərbaycan neftinin qiyməti artıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,96 ABŞ dolları, yaxud 1,44 % artaraq 67,57 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,85…
“Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”
Hazırkı geosiyasi və makroiqtisadi qeyri-müəyyənliklər fonunda enerji daşıyıcılarının qiymətlərində dalğalanmalar dünya iqtisadiyyatına təsir göstərməkdə davam edir. Neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün bu prosesin fiskal dayanıqlılıq və valyuta bazarına mümkün təsirləri aktual suallardan biridir. SİA…
Kapital Bank 2025-ci ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2025-ci il tarixinə 12 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub. 1 aprel 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard manat…
Əmlak Məsələləri Dövlət Xidmətinin “www.e-emlak.gov.az” portalı ləğv edilir
Mayın 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərini təqdim etdiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) ləğv ediləcək. SİA quruma istinadən xəbər verir ki, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron…
Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib
Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar “Aviasiya haqqında”…
İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib. Onun sözlərinə görə, Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə keçiriləcək. Məlumata əsasən,…