İqtisadiyyat

Azərbaycan EBRD ilə “yaşıl enerji” sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, Məşvərət Şurası çərçivəsində Bakıda səfərdə olan…

Azərbaycan və Dünya Bankı Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair əməkdaşlığı müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair potensial əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Dünya Bankının Cənubi Qafqaz üzrə regional…

Azərbaycan Moldova şirkəti ilə şərabçılıq üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Moldova şirkəti arasında şərabçılıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bidirib. “Purcari Wineries” şirkətinin baş icraçı direktoru Viktor Bostan ilə görüşdə Azərbaycanın əlverişli investisiya və biznes…

Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının 6-cı iclası olacaq

Aprelin 11-də Bakıda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçiriləcək. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir Məcnun Məmmədov Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüş keçirib. Azərbaycan rəsmisi aqrar sektora dövlət…

Dövlət xətti ilə 1 300-ə yaxın ipoteka krediti verilib

Bu ilin I rübündə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 124,9 milyon manat məbləğində 1 251 ipoteka krediti rəsmiləşdirilib ki, onun da 41,9 milyon manatı (508 kredit) güzəştli ipoteka kreditlərinin payına düşür. SİA bu barədə Fonda istinadən xəbər…

Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji təşəbbüslərini müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpa olunan enerji sahələrində təşəbbüsləri müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki,…

ADY-nin sərnişin daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur

ADY bu ilin yanvar-mart aylarında 2 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. SİA xəbər verir ki, ilin birinci rübündə qatarla səfər etmiş xarici turistlərin sayı 33% artaraq 5921 nəfər olub.

“Azərbaycan Dəmir Yolları” sərnişin daşınmasını 10 % artırıb

Bu ilin yanvar-mart aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2 milyondan çox sərnişin daşıyıb. SİA bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur. O cümlədən, ilin birinci rübündə qatarla səfər…

Azərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib

Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl…

Əməkdaşlıq protokolu imzalayıb

Bu gün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, protokolun məqsədi iki qurumun əməkdaşlarının bilik və peşə hazırlığı səviyyəsinin artırılması, elmi-nəzəri və praktiki…