Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafiki optimallaşdırılıb
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ADY sədrinin müşaviri Arif Ağayev Abşeron dairəvi dəmiryol marşrutu üzrə son yeniliklər barədə keçirdiyi brifinqdə deyib….
“Biz istehlakçı cəmiyyətində yaşadığımızı görməliyik”
“Biz istehlakçı cəmiyyətində yaşadığımızı görməliyik. Bizim dünyada gözü, nəfsi doymaz, bütün hər şeyini qurban verən istehlakçıya çevrilmək uğrunda mübarizə gedir. Bütün bunları biznes qurumları edir. Təsadüfi deyil ki, “Yuval Noah Harari”nin əsərində göstərilir ki, insanlar ovçu toplayıcı cəmiyyətindən sənaye cəmiyyətinə…
Binalarda 55 mindən artıq mənzil sənədləşdirilib
Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Azərbaycanda istismarına icazə verilməyən binalarda 55 mindən artıq mənzil sənədləşdirilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət…
Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr olacaq
Aprelin 4-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin təşkil edilməsi nəzərdə tutulur. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə…
Abşeron dairəvi marşrutu üzrə ilk dəfə FLIRT qatarı istifadəyə verilib
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəlinin optimallaşdırılması çərçivəsində bu xətt üzrə ilk dəfə olaraq İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarını istifadəyə…
ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib. SİA bu barədə ADY-yə istinadən xəbər verir. Qeyd edilib ki, bayram günlərində Abşeron…
Azərbaycan istehlakçı hüquqları üzrə Mentorluq Proqramına qoşulub
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramına qoşulub. SİA quruma istinadən xəbər verir ki, proqramın məqsədi təşkilatın üzvləri və tərəfdaşları arasında təcrübə mübadiləsini təmin etmək və qurumlararası…
Azərbaycanın sığorta bazarı 17 %-dən çox böyüyüb
Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği…
ADY bayram günlərində qatarlarla 130 mindən çox sərnişin daşıyıb
ADY bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşıyıb! SİA xəbər verir ki, 20-31 mart tarixlərində 132 124 nəfər, o cümlədən: Abşeron dairəvi dəmir yolu ilə 106 006 nəfər; Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763 nəfər; Bakı-Balakən-Bakı marşrutu…
Vahid bəyannamənin forması və onun əlavələri yeni redaksiyada təsdiq edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid bəyannamənin formasını və onun əlavələrini yeni redaksiyada təsdiq edib. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq”…