İqtisadiyyat

Azərbaycanda süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Azərbaycanda süni intellekt üzrə prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının siyahısı hazırlanacaq. SİA xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb. Strategiyada süni intellektin idarə…

Sərsəng su anbarından Umudlu kəndinə çəkilən yeni yol 10 km-ə yaxındır

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən…

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində abonentlərə xidmət göstərəcək

Bayram günləri ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejiminə keçəcək. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi və Sumqayıt…

Bu ilin iki ayında 7 nəfər əvvəlki işinə bərpa olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. SİA xəbər verir…

“Qlobal istiləşmənin əsas səbəbi insan fəaliyyətidir”

“Qlobal istiləşmənin əsas problemlərdən olan ilk növbədə Ada dövlətlərinin yox olması, quraqlıq, aclıq və su qıtlığı kimi problemləri göstərmək olar. Bu hələ baş verə biləcək dəhşətli problemlərdən yalnız bir neçəsidir. Qlobal istiləşmə onsuz da sudan əziyyət çəkən regionlarda su qıtlığını…

Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fiziki şəxsə – Həsənov Habil Ata oğluna verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Bu barədə SİA-ya tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar martın 13-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya “Sığorta…

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 18-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.62% – 41,581.31 bəndədək, S&P 500 indeksi 1.07% – 5,614.66 bəndədək, Nasdaq indeksi isə 1.71% – 17,504.12 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0.29% –…

Əmtəə bazarlarında qızılın bahalaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 050 ABŞ dollarına yaxınlaşır. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,18% artaraq 3 046,06 ABŞ dollarına bərabər…

EBRD ASCO-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarının hazırlanmasına dəstək göstərəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iqlim riskləri və imkanlarını müzakirə edib. SİA ASCO-ya istinadən xəbər verir ki, müzakirələr İqlimlə Əlaqəli Korporativ İdarəetmə (Climate related Corporate Governance system – CCG) layihəsinə dair səhmdar…

“AzərEnerji” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq “AzərEnerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq. SİA quruma istinadən xəbər verir ki, bunun üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin…