İqtisadiyyat

“Brent” neftinin qiyməti 71 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,75% artaraq 1 barelə görə 71,11 ABŞ dolları təşkil edib. SİA– nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac…

Təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,68% artaraq 4,132 ABŞ dolları təşkil…

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin törəmə şirkəti də ləğv olunur

Ləğv prosesində olan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) törəmə şirkəti “ADTM Tərcümə Agentliyi” MMC ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı…

Azərbaycan internetin orta sürətinə görə öz yerini qoruyub

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (69,32 MB/S) görə yanvar ayına nisbətən öz yerini qoruyaraq 154 ölkə arasında 90-cı olub. SİA “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (37,32 MB/S) ilə müqayisədə…

Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək. Bu barədə SİA Azərbaycan Yerüstü Nəqliyyat Agentlyindən bildirilib….

Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 3,6 milyard dollar təşkil edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə ölkəyə 2,7…

Dövlət Xidmətinə 1 393 müraciət daxil olub

2024-cü ildə Azərbaycanda dövlət satınalmalarında satınalan təşkilatların müxtəlif maneələrin yaratması ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 1 393 müraciət daxil olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda…

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib. Dünyanın 350-yə yaxın nüfuzlu universiteti və qabaqcıl texnologiya şirkətlərinin 8000-dən çox təliminə qeydiyyat başlayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu…

40 nəfər istehlakçıların aldadılması ilə bağlı müraciət edib

Azərbaycanda istehlakçıların malın ölçüsü, çəkisi və hesabına dair aldadılması ilə bağlı 2024-cü il ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 319, bu ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciət edib. SİA xəbər verir ki, bu barədə Dövlət…

Saleh Məmmədov Naftalan, Goranboy və Xocalı sakinlərini qəbul edib

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib. SİA agentliyə istinadən xəbər verir ki, qəbulda Naftalan şəhəri ilə yanaşı Goranboy və Xocalı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən…