İqtisadiyyat

Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə yeni Yol Xəritəsi təsdiq edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət…

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri üçün kibertəhlükəsizlik təlimi keçirib. Təlimdə nazirliyin 30-dan çox rəhbər şəxsi iştirak edib. Agentlikdən SİA-ya bildirilib ki, tədbirdə…

Azərbaycan Mərkəzi Bankı Gürcüstan Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “GMB-nin sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı…

“ASCO istiqrazları” üzrə növbəti faiz ödənişləri həyata keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) istiqrazları üzrə növbəti dəfə faiz ödənişləri həyata keçirib. SİA bu barədə ASCO-ya istinadən xəbər verir. Məlumata görə, istiqrazlar sahibləri ümumilikdə 4,5 milyon ABŞ dolları qazanıb. Faiz ödənişlərinin 3 milyon ABŞ dolları 3 mart 2023-cü…

Energetika naziri Ucarda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov martın 14-də Ucar, Zərdab, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6100, Ucar şəhəri, Heydər Əliyev pr.73)…

11 auditor minimum dəyər tələbini pozub

Bu ilin yanvar ayında aparılmış monitorinq zamanı “Auditor xidmətlərinin dəyərinin minimum hədlər”inə 7 auditor təşkilatı və 4 sərbəst auditorun “Auditorun şəxsi kabineti” sistemində qeydiyyata alınmış 14 müqaviləyə əsasən əməl etmədiyi müəyyən olunub. SİA bu barədə Auditorlar Palatasının aylıq monitorinq hesabatına…

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən martın 8-dən 19-dək “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq. SİA xəbər verir ki, 12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd…

Azərbaycan Mərkəzi Bankının fəaliyyətində qadınların rolu açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda gender bərabərliyinin inkişaf etdirilməsinin ən yaxşı istedadları cəlb etmək, məhsuldarlığı artırmaq və davamlı biznes təcrübələrini təşviq etmək üçün vacib olduğunu başa düşür. SİA xəbər verir ki, bunu AMB-nin Kapital bazarı fəaliyyətinə dair siyasət və…

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,11% artaraq 2 929,1 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,26% artaraq 33,22 ABŞ…

ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bunu 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə ARDNF-in Risklərin…