İqtisadiyyat

OPEC+ gündəlik neft hasilatını yarım milyon barel artıracaq

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ alyansı avqust ayı üçün gündəlik neft hasilatını 548 min barel artırmaq barədə razılığa gəlib. SİA xəbər verir ki, təşkilat bu qərarı qlobal iqtisadiyyatın sabit proqnozları və bazarın möhkəm əsasları, o cümlədən neft ehtiyatlarının aşağı…

“Azərbaycanda olmuşam, lakin bu vəzifədə ilk səfərim olacaq…”

Britaniyanın ticarət elçisi: Azərbaycanla ticarət və investisiya sahələrində geniş əməkdaşlıq potensialı var SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays müsahibəsində iki ölkə arasında…

Azərbaycanda növbəti torpaq hərracları elan edilib

Avqustun 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 16 hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Hərraclar ƏMDX-nın Gəncə, Şirvan, Mingəçevir, Lənkəran, Beyləqan, Cəlilabad və Şəki ərazi şöbələrində olacaq. Müsabiqə…

“Azərkabel” ötən ili zərərlə başa vurub

“Azərkabel” ASC 2024-cü ili 6 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2023-cü ildən 2 min manat mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il “Azərkabel”in satışdan gəlirləri 148 min manat (əvvəlki ilə nisbətən 2,8 % çox), satışının maya…

“OPEC+”a üzv olan 8 ölkə avqustda hasilatı artıra bilər

“OPEC+”a üzv olan və neft hasilatını könüllü olaraq azaldan 8 ölkə avqustda istehsalı gündəlik 411 min bareldən çox artırmaq barədə qərar qəbul edə bilər. SİA xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib. Bununla belə, agentliyin həmsöhbəti…

“Hermes Finance”in maliyyə göstəriciləri pisləşib

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Hermes Finance” ASC 2024-cü ili 840 min manat xalis mənfəətlə başa vurub. SİA səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 33 % azdır. Bu il yanvarın 1-nə “Hermes Finance”ın…

Təbii qazın ucuzlaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,56% azalaraq 3,39 ABŞ dolları təşkil…

UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbananın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA xəbər verir ki, nazirlikdən bildirilib ki, görüşdə…

Şəkidəki əmlak kompleksi hərraca çıxarılacaq

Avqustun 5-də, saat 10:00-da qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonunun Daşüz kəndində yerləşən əmlak kompleksinin satışı ilə bağlı hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin tabeliyində olan…

KOBİA-nın ötənilki gəlirləri və xərcləri eyni olub

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) gəlirləri ilə xərcləri eyni olub. Halbuki, agentlik 2023-cü ildən 562 min manat mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, ötən il KOBİA-nın gəlirləri 20,365 milyon manat (əvvəlki ilə nisbətən…