İqtisadiyyat

Şəmkirin kəndində qaz kəsiləcək

İyulun 7-də saat 10:00-dan etibarən Şəmkir rayonunun Şiştəpə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Salahova Adilə Səməd qızına məxsus qeyri-yaşayış sahəsinin qarşısından…

Hərracın gedişini “Mobil icra” proqram təminatı ilə izləmək mümkün olacaq

İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması qaydasında dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin kollegiyası qərar qəbul edib. Dəyişikliyə əsasən, tələbkar, borclu, habelə hərracda iştirak edən şəxslər hərracın gedişini “Mobil icra” proqram təminatı…

Naxçıvanda barama istehsalı 17 % artıb

Bu il Naxçıvan Muxtar Respublikasında 1 757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17% çoxdur. SİA xəbər verir ki, barama Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında istehsal edilib. Bu…

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək

İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu…

Oğuzun iki kəndində qaz kəsiləcək

İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazla təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Oğuz xidmət sahəsinin ərazisində yerləşən Bucaq və Muxas…

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü ili 563 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2023-cü ili 3,39 milyon manat xalis zərərlə çıxmışdı. SİA xəbər verir ki, ötən il Dövlət Dəniz və Liman Agentliyinin…

Təbii qaz ucuzlaşdı

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.74% ucuzlaşaraq 3.3862 ABŞ dollarına bərabər olub. SİA xəbər verir ki, Niderlandın “Title Transfer Facility”də (TTF) qazın meqavat-saatının dəyəri 1.04% azalıb. Beləliklə, qazın…

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,68 % azalaraq 74,17 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,73 ABŞ dolları təşkil edib….

“Dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması məqsədəuyğun sayılır”

“Dövlət müəssisələrinin özəlləşdirilməsi zərurəti iqtisadi ədəbiyyatda və dünya təcrübəsində geniş şəkildə əsaslandırılmışdır. İqtisadi elm və beynəlxalq praktika göstərir ki, özəl sektor idarəetmə və təsərrüfat fəaliyyəti baxımından daha effektiv, səmərəli və nəticəyönümlü olur. Bunun əsas səbəbi şəxsi sahibkarlıq maraqlarının, yəni fərdi…