Siyasət

“Soydaşlarımızın Rusiyada qalması,…”

“Miqrantlar Rusiya qanunları ilə tənzimlənir. Qanundankənar yaşayan insanlar hansı ölkənin vətəndaşı olursa-olsun onlar haqqında, yəqin ki, Rusiya dövləti öz qanunlarına uyğun olaraq tədbirlər görəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib. O bildirib ki, orada deportasiya var, müəyyən başqa…

Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki fevralın sonunda elan edilə bilər

Nəticələri ləğv edilmiş İmişli rayonu Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki yanvarın 29-da baş tutan bələdiyyə seçkilərinin tam nəticələri təsdiq olunandan sonra elan edilə bilər. SİA-nın əldə etdiyi məlumata görə, seçkilərin ümumi nəticələri təsdiq edilməmiş hər-hansı bələdiyyə üzrə təkrar seçkilərdən danışmaq…

“USAİD Amerikanın mənafeyinə və hüququna xeyli dərəcədə zərər vurub”

“USAİD-in indiyə qədər dövlət maraqları altında həyata keçirdiyi layihələri Amerikaya fayda verib-vermədiyi bir yana, bu ölkənin dünyanın müxtəlif guşələrində mənafeyinə və hüququna xeyli dərəcədə zərər vurub. USAİD-in Azərbaycanda həyata keçirdiyi layihələr məhdud sayda müəyyən qrup insanlara fayda vermiş olsa da,…

AŞPA ədalətsizliyi və qərəzliliyi fonunda İKİÜZLÜLÜK

Artıq insan haqları, demokratiya və plüralizm kimi ali dəyərlərin qoruyucusu deyil, hansısa dövlətlərin, siyasətçilərin “buyruq qulu” kimi tanınan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyini qətiyyən gizlətmir və hətta açıq şəkildə nümayiş də etdirir. Siyasi təzyiqlər…

MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib

Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar medal veriləcək. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Azərbaycan milli mətbuatının 150…

Prezident Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. 2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq,…

Baş Prokurorluğun səlahiyyətlərinin artırılması ilə bağlı dəyişiklik təsdiqlənib

Milli Məclis Baş Prokurorluğun səlahiyyətlərinin artırılması haqqında dəyişikliyi üçüncü oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub. Qeyd edilib ki, hazırda müdafiə…

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara dəyişiklik qəbul edilib

Kitabxana və muzeylərin qanunvericilikdə müəyyən olunmuş qaydada məşğul olduqları təsərrüfat fəaliyyətindən əldə edilən vəsait onların sərəncamında qalacaq. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən ilk iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara dəyişikliklər haqqında layihə…

“Aviasiya haqqında” qanuna dəyişikliklər ilk oxunuşda təsdiqlənib

Azərbaycanda “aerodrom istismarçısı” anlayışı fiziki və yaxud hüquqi şəxslərlə məhdudlaşmayacaq. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Aviasiya haqqında” qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, sözügedən anlayışa bir və…

İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanunu təsdiqləyib

Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanunu təsdiqləyib. SİA xəbər verir ki, üç fəsil, 14 maddədən ibarət qanun layihəsi Azərbaycanda mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil ediləcək. Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın…