Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. SİA xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nausedaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı…
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə yola düşüb
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasında yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb
Fevralın 15-də xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran…
Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib
Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyev ilə görüşüb. SIA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı, Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticarət, enerji təhlükəsizliyi…
Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib. SİA xəbər verir ki, tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin Lənkərandakı abidəsi ziyarət olunub. Forumda ölkəmizdə gənclər siyasətinin əsas prinsipləri, gənclərin inkişafı üçün qəbul edilən qərarlar və Heydər Əliyevin irsinin…
Nazir Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib. Görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyinin…
COP29-un nəticələri Almaniyada müzakirə edilib
Azərbaycanın enerji təhlükəsizliyinin qorunması, dayanıqlılığının artırılması, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə edilib. SİA xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında bildirilir….
Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb
Türkiyənin Daxili İşlər Nazirliyi şənbə günü, fevralın 15-də ölkənin şərqindəki Van şəhərinin bələdiyyə sədri Abdullah Zeydanı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırdığını açıqlayıb. SİA xəbər verir ki, Van yerli hökumətinin başçısı səlahiyyətlərini icra etmək funksiyası vilayətin valisi Ozan Balcıya həvalə edilib. Daxili…
Azərbaycan-Qvineya əməkdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineyanın xarici işlər, beynəlxalq əməkdaşlıq, afrikalıların inteqrasiyası və xaricdəki qvineyalılar üzrə naziri Morissanda Kuyate ilə görüşüb. SİA xəbər verir ki, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. Bildirilib ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, təhsil…
Olaf Şolts: “Bunu qəbul etməyəcəyik”
Almaniyanın Federal Kansleri Olaf Şolts 61-ci Münxen Təhlükəsizlik Konfransının ikinci günündə çıxış edib. SİA xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vensin konfransın birinci günündəki çıxışında Avropada söz azadlığının məhdudlaşdırılması və ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tədbirə dəvət…