Şuşada Gənclər Günü ilə bağlı tədbir keçirilib
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisə rəhbərləri və gənc müəllimlər iştirak ediblər. SİA xəbər verir ki,…
Babək prospektində məhdudiyyət aradan qaldırılıb
Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qubada zəlzələ qeydə alınıb
Quba rayonu ərazisində 3,2 maqnitudalı zəlzələ olub. SİA-nın məlumatına görə, Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda zəlzələ qeydə alınıb, zəlzələ hiss olunmayıb.
Bu gün Gənclər Günüdür
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. SİA xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması…
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. SİA xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun…
Bakıda temperatur 0°-yə düşəcək, sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında havanın temperaturu fevralın 8-i gecədən kəskin soyuyacaq. SİA hava proqnozu tətbiqlərinə istinadən xəbər verir ki, fevralın 8-i gecə havanın temperaturu 0 dərəcə təşkil edəcək. Fevralın 9-u və 10-u Bakıda sulu qar yağacağı gözlənilir. Fevralın 9-u gündüz…
14 dərəcə isti olacaq
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, zəif…
Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində buraxılış mərasimi olub
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Xarici dil mərkəzinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təşkilatçılığı ilə keçirilən intensiv ingilis dili kursları yekunlaşıb. SİA xəbər verir ki, kursların yekunlaşması münasibətilə Hərbi İdarəetmə İnstitutunda buraxılış mərasimi keçirilib. Tədbirdə çıxış edən…
Ötən il Şəkidə avtomobil nəqliyyatı ilə 26,3 milyon sərnişin daşınıb
Nəqliyyat sistemi ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biridir. Bu sistem ölkəmizin iqtisadi inkişafını və əhalinin sosial rifahını xarakterizə edən sahələrdən biri olmaqla ilbəil inkişaf etməkdədir. SİA xəbər verir ki, 2024-cü ildə rayon əhalisinə 10 milyon 891,3 min manatlıq nəqliyyat xidmətləri…
DYP-dən sürücü və piyadalara müraciət
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı müraciət yayıb. SİA xəbər verir ki, yol polisinin müraciətində deyilir: “Hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman…