Qar örtüyünün hündürlüyü 82 sm-ə çatdı
Saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində eyni zamanda Bakıda və Abşeron yarımadasında qarlı və şaxtalı hava şəraiti davam edir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətinindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 62, Qaxda (Sarıbaş)…
Azərbaycanda qarlı hava nə vaxta kimi davam edəcək?
Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin fevralın 24-ü günorta saatlarınadək davam edəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Sürücülərə və piyadalara təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.
Paytaxta yenidən yağan qarın təmizlənməsi işləri davam edir
Artıq bir neçə gündür paytaxta yağan qarın yenidən intensivləşməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar. BŞİH-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, gecə saatlarından etibarən şəhər və rayon kommunal xidmətlərinin xüsusi…
Sumqayıta yağan qarın təmizlənməsi işləri davam edir
Sumqayıt şəhərinə yağan qarın şəhər təsərrüfatına təsirini minimuma endirmək məqsədilə kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. SİA xəbər verir ki, şəhərin küçə və prospektlərində xüsusi texnikalar və işçi qüvvəsi səfərbər olunaraq qarın təmizlənməsi və yolların buzlanmasının qarşısının alınması işləri aparılır….
Bu gün 24 dərəcə şaxta olacaq
Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq….
Şamaxıda və Qobustanda qarlı hava: Magistral yollarda son vəziyyət
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən magistral yolları qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb. Qarlı və şaxtalı hava təkcə Bakı-Şamaxı-Yevlax yoluna deyil, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yoluna da…
Azərbaycanda qısa fasilədən sonra yenidən qar yağır
Azərbaycanda fevralın 22-də saat 19:00-a olan faktiki hava açıqlanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində gündüz saatlarında yağıntıda yaranan qısa fasilədən sonra yenidən Abşeron yarımadasının bəzi yerlərində zəif qar…
Haçadağda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fevralın 22-də Xocalı soyqırımının 33-cu ildönümü ilə əlaqədar Türkiyədən muxtar respublikaya gələn alpinist qrupları və Naxçıvandan olan ekstrimsevərlərin iştirakı ilə Haçadağa yürüş təşkil olunub. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib…
Zığ dairəsi-Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hazırda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə…