Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib
“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Ceyhun Dadaxan oğlu Mərdəliyevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib. SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata…
Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib
Fevralın 13-də Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunda Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Çin əlaqələrinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyasından (YAP) verilən məlumata görə, partiyanın gənc üzvlərinin iştirakı ilə “Çin və Azərbaycan arasında Şanxay…
Əfvlə bağlı yeni sərəncam olacaq?
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Komissiyanın ilk iclasında 100-dən artıq müraciətə baxılıb. Əfv olunmaq üçün müraciət edənlərin arasında bəzi tanınmış simaların, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Olun və…
Yemək yarışları hansı fəsadlara səbəb ola bilər?
Pul, qızıl və ya smartfon mükafatları təklif edən yemək müsabiqələri vətəndaşların sağlamlığına baha başa gələ bilər. Onlarla hamburger, nəhəng pizza və ya tostları müəyyən edilmiş müddətdə istehlak etmək istəyənlər zamanla mübarizə aparır. Bu təhlükəli rəqabətin mümkün zərərlərinə qarşı xəbərdarlıq edən…
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılır
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər davam etdirilir. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə təşkil edilən monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə…
Yasamal Sosial Xidmət Mərkəzində “Açıq qapı” keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzində vətəndaşlar üçün “Açıq qapı” günü keçiriləcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “Açıq qapı” günü fevralın…
Yeni sərgi fevralın 27-də açılacaq
“Alleqoriya” incəsənət platforması bir ildən sonra yenidən sərgi təşkil edərək gəncləri incəsənətlə görüşdürür. SİA xəbər verir ki, yerli rəssamlara dəstək olmaq, gənclərin incəsənətə marağını artırmaq üçün fəaliyyət göstərən “Alleqoriya” ötən ilin aprelində Bakı Dövlət Universitetində təşkil etdiyi rəsm sərgisindən sonra…
Ailənin formalaşmasına təsir edən böhranlı dövrlər
“Ailə kiçik dövlətdir və bu dövlətin qorunmasında ər və arvad arasındakı münasibətlər önəmli yer tutur. Ailə münasibətlərinə zərbə vuran ər-arvad arasında baş verən konfliktlərdir ki, bunlar da ailənin inkişafına və formalaşmasına mane olur. Konfliktlər əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən…
Sevginin günü olmalıdırmı və ya tarixi ləkəli 14 fevral
Əslində, bir çox ziyalı, mütəfəkkir ayrı cür izah edir sevginin tərifini. Ümumiləşmiş fikir isə odur ki, sevgi insanın başqa bir insana və ya canlıya hiss etdiyi bağlılıq hissidir. Amma sevginin bioloji, sosial və psixoloji faktorlara görə fərqli ölçüsü var. Kimi…
“Zavod çörəyinin hər yeri eyni rəng olmalıdır”
“Çörəklərdən ən müxtəlif kənar cisimlərin çıxmasının nümunələri Azad İstehlakçılar Birliyinin (AİB) ofisində var”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, dietik çörəyin içindən 10 sm-lik bolt, insan tükü, sap, ip və digər bu…