Sosial

“Xırdalan” dairəsi istiqamətində yolda təmir işləri aparılır, sıxlıq yaranıb

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində yolda təmir işləri aparılır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən nəqliyyat sıxlığı yaranıb.

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar intellektual oyun təşkil edilib

Fevralın 1-də Heydər Əliyev Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, “Azərlotereya” ASC-nin dəstəyi ilə 2 Fevral – Gənclər Günü münasibətilə gənclər arasında “Gənc Vətənpərvərlər: Konstitusiya və suverenlik – Nə? Harada? Nə zaman?…

Binəqədidə Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə birdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, icra hakimiyyəti başçısının I müavini Hacıbaba Babayev, müavin Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və…

Şuşada Gənclər Günü ilə bağlı tədbir keçirilib

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisə rəhbərləri və gənc müəllimlər iştirak ediblər. SİA xəbər verir ki,…

Babək prospektində məhdudiyyət aradan qaldırılıb

Nizami rayonu, Babək prospekti, ( Baku Medical Plazanın yaxınlığında) yolda aparılan təmir işləri səbəbindən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qubada zəlzələ qeydə alınıb

Quba rayonu ərazisində 3,2 maqnitudalı zəlzələ olub. SİA-nın məlumatına görə, Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda zəlzələ qeydə alınıb, zəlzələ hiss olunmayıb.

Bu gün Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. SİA xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması…

Bu marşrutun hərəkət sxemi dəyişdirilir

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. SİA xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun…

Bakıda temperatur 0°-yə düşəcək, sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında havanın temperaturu fevralın 8-i gecədən kəskin soyuyacaq. SİA hava proqnozu tətbiqlərinə istinadən xəbər verir ki, fevralın 8-i gecə havanın temperaturu 0 dərəcə təşkil edəcək. Fevralın 9-u və 10-u Bakıda sulu qar yağacağı gözlənilir. Fevralın 9-u gündüz…

14 dərəcə isti olacaq

Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, zəif…