Yollarda görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, martın 24-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın…
Bu gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın…
Ramazanın 23-cü gününün duası
Sabah Ramazan ayının 23-cü günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:13, iftar isə 19:10-dadır. İmsak duası: “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!” Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub,…
Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq
Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatında müvəqqəti fasilə yaranacaq. SİA-nın məlumatına görə, Naxçıvan Qaz İstismar Xidmətindən bildirilib ki, rayonun Mahmudkənd, Zeyvə, Düdəngə və Cəlilkənd kəndlərini mavi yanacaqla təchiz edən 159 millimetrlik boruda çat yaranıb. Martın 23-də saat 10-00-dan…
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir
Martın 22-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay,…
ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi
Müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə təşkil edilən düşərgəyə 700-ə yaxın ittifaq üzvü cəlb olunub Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə “Novruz 2025” adlı düşərgə təşkil edib. ATİAHİ Respublika Komitəsinin Mətbuat…
Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-fevral aylarında 4,6 milyon müraciət edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 2 milyon dəfə istifadə…
Bu gün üçüncü Qədr gecəsidir
Bu gecə Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. SİA xatırladır ki, Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub. Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək…