Sosial

ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi

Müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə təşkil edilən düşərgəyə 700-ə yaxın ittifaq üzvü cəlb olunub Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə “Novruz 2025” adlı düşərgə təşkil edib. ATİAHİ Respublika Komitəsinin Mətbuat…

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-fevral aylarında 4,6 milyon müraciət edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 2 milyon dəfə istifadə…

Bu gün üçüncü Qədr gecəsidir

Bu gecə Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. SİA xatırladır ki, Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub. Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək…

Ramazanın 22-ci gününün duası

Sabah Ramazan ayının 22-ci günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:14, iftar isə 19:09-dadır. İmsak duası: “Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya…

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı ilə bağlı Bahar şənliyi təşkil edilib. Tədbir ali təhsil müəssisəsi ilə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektorunun müşaviri…

Xırdalan şəhərinin su təchizatı dayandırlıb

Abşeron rayon Xırdalan şəhərində diametri 1000 mm olan kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, bununla…

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə…

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə…

Sabaha olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz…

DSMF “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı Birləşmiş Krallığın London şəhərində yerləşən “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlib. SİA xəbər verir ki,…