Avtovağzal gücləndirilmiş iş rejimində çalışır
Ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib, 14 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını…
Cəbrayılda Novruz ilə bağlı bayram konserti
Cəbrayıl şəhərində Novruz ilə bağlı bayram konserti təşkil olunub. SİA xəbər verir ki, tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub. Cəbrayıl şəhər sakinləri,…
Polşada Novruz bayramı qeyd olunub
Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Poznan şəhərində yerləşən Adam Mitskeviç Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə bu ali təhsil ocağında təhsil alan azərbaycanlı, eləcə də polyak və xarici tələbələr iştirak ediblər. SİA xəbər verir ki, Azərbaycanın Polşadakı səfiri…
Azərbaycana yaz fəsli qədəm qoydu
Azərbaycana yaz fəsli qədəm qoydu. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si saat 13:01-də daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək,…
YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb
YAP Gəncə şəhər təşkilatı Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylayıb. SİA xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri 100 aztəminatlı ailəyə baş çəkərək, onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı çatdırıblar. Görüşlərdə Novruz bayramının adət…
Şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb
Qəbələ Rayon İcra Hakimiyyəti şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün iftar süfrəsi təşkil edib. SİA xəbər verir ki, rayon ağsaqqallarının və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi iftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı…
Minik avtomobili yanıb
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Sirab kəndində Niva markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri…
İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib
Türkiyənin İğdır şəhərində Novruz bayramı təşkil olunub. SİA xəbər verir ki, bayram tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi, Qarsdakı baş konsulluğu, İğdır Valiliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “Alagöz Holding” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. İğdır valisi Ercan Turan Novruz bayramını Türk…
Ötən gün 56 nəfər saxlanılıb
Martın 19-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 305, o cümlədən borclu şəxs…
Faktiki hava – Rayonlara qar yağıb
Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti…