Sosial

Faktiki hava – Rayonlara qar yağıb

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti…

DİN hərəkət iştirakçılarına müraciət edib

Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət edib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Müraciətdə deyilir: “Əziz hərəkət iştirakçıları! Novruz bayramı günlərində bölgələrimizə – şəhər və rayonlarımıza üz tutanların…

FHN-dən əhaliyə tonqal xəbərdarlığı

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Müraciətdə bildirilir: “Xalqımız milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını böyük təntənə ilə qeyd edir. Lakin bu bayramla əlaqədar keçirilən…

Bu gün Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur. SİA xəbər verir ki, Novruz yazın gəlişini – yeni ilin başlanmasını bildirir. Uşaqlı-böyüklü hər kəsin sevə-sevə qarşıladığı Novruz qədim köklərə malik olub, özündə bir çox adət və ənənələri cəm edir. Xalqımız bayrama qədər…

12 günlük tətil başlayır

Azərbaycanda bu gündən etibarən ardıcıl 12 günlük qeyri-iş günü olacaq. SİA xəbər verir ki, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı ilə əlaqədar qeyri-iş günü sayılır. 22, 23 mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25,…

Prezidentin gəlinindən Novruz bayramı ilə bağlı paylaşım

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Novruz Bayramınız Mübarək! Baharın gəlişi bolluq, ruzi və sevinc gətirsin. Qoy süfrəniz bərəkətli, eviniz xoşbəxtlik dolu olsun!”

Şuşada Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir

Novruz bayramı münasibətilə Şuşa şəhərində silsilə tədbirlər davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə davam edən “Şuşa baharı” adlı bayram tədbirləri çərçivəsində “Güllü bağ”…

İstanbulda Novruz bayramı qeyd olunub

İstanbulda Novruz bayramı münasibəti ilə təntənəli tədbir keçirilib. Bayram şənliyi İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. SIA xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan-Türkiyə…

Lənkəranın Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub

Lənkəran rayonunun Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə bölgə müxbirinə kənd sakinləri məlumat veriblər. Qeyd edək ki, günorta saatlarında güclü külək nəticəsində iri gövdəli ağac aşaraq elektrik xətlərində problem yaratmışdı. Aidiyyəti…

Bratislavada Novruz bayramı qeyd olunub

Azərbaycanın Slovakiyadakı səfirliyinin təşkilatçılığı, bu ölkədə yaşayan həmvətənlərimizin və qonaqların iştirakı ilə Bratislava şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən səfir Vüsal Abdullayev Novruz bayramından və onun adət-ənənələrindən danışıb. Diplomat…