Sosial

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə yaş həddinin artırılması təsdiqlənib

Milli Məclis Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin artırılmasını son oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü iclasında üçüncü oxunuşda müzakirə edilib. Qeyd edilib ki, dəyişikliklə vəzifədə olmanın yaş həddi 70…

Laçın səmasında göz oxşayan göy qurşağı

Laçın təbiəti bütün fəsillərdə əsrarəngiz gözəlliyi ilə diqqət çəkir. Yaz günlərində Laçın səmasını bəzəyən göy qurşağı möhtəşəm mənzərəyə səbəb olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, ötən gün qeydə alınan təbiət hadisəsi Laçın şəhərinin bir çox ərazilərindən aşkar şəkildə seyr…

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

Ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb. SİA xəbər verir ki, belə ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısı guya bağlanıb və həmin…

Sabah Bakıda 22 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14°…

Beynəlxalq Novruz Festivalı Azərbaycan layihəsi həyata keçirilib

Avropa Tələbələr Forumu Bakı İctimai Biriliyi tərəfindən 17-23 mart tarixlərində paytaxt Bakı və Şamaxı şəhərlərində keçirilən Novruz bayramına həsr edilmiş Beynəlxalq Novruz Festivalı Azərbaycan (INFA) layihəsi uğurla yekunlaşıb. SİA xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan və Avropa ölkələrindən…

Deputat sahibsiz heyvanlara dair təkliflərlə çıxış edib

“Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputat bildirib ki, bu rəqəm, sahibsiz heyvanların…

Parlament “Feldyeger rabitəsi haqqında” qanuna dəyişikliyi son oxunuşda qəbul edib

Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. SİA xəbər verir ki, Milli Məclis bununla bağlı “Feldyeger rabitəsi haqqında” qanuna dəyişikliyi bugünkü plenar iclasda üçüncü oxunuşda müzakirə edib. Qeyd edilib ki, qanun layihəsində iki dəyişiklik (mahiyyətcə və texniki…

“İnsanlar o qədər proqramlar üzrə hərəkət edir ki,…”

“Biz informasiya cəmiyyətində yaşayırıq və bu informasiya cəmiyyətinin özünəməxsus xüsusiyyətləri vardır. İnformasiya cəmiyyəti, informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından yüksək göstəricilərə malik bir cəmiyyətdir. İnsanlar üçün kifayət qədər sürətli ünsiyyət-kommunikasiya fəaliyyət imkanları mövcuddur. Bu insanlar həyatını asanlaşdırmaq, işləri sürətləşdirmək, daha operativ fəaliyyət…

“E-Polis”-də dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid ödənişləri bank növbəsi gözləmədən seçim edib həyata keçirə bilərlər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, bunun üçün mobil tətbiqə daxil…

ÜmumRusiya Yəhudi Konqresi Azərbaycan xalqını təbrik edib

ÜmumRusiya Yəhudi Konqresinin vitse-prezidenti, Beynəlxalq STMEGİ Fondunun prezidenti German Zaxaryayev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə, Beynəlxalq STMEGİ xeyriyyə Fondunun və Rusiyadakı Azərbaycanlı Yəhudi icması və Konqresinin adından…