Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Bəzi dağlıq rayonlarda aprelin 1-də gecə və səhər saatlarında avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, görünüş məsafəsinin məhdudlaşması sabah olacaq dumanlı hava şəraiti ilə əlaqədardır.
Bibiheybət məscid-ziyarətgah Kompleksində Soyqırım Gününə həsr edilən tədbir keçirilib
Bibiheybət məscid-ziyarətgah Kompleksində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin, soyqırım qorbanıarının, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak…
Sabahdan Abşeron dairəvi marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1aprelin 1-dən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. SİA xəbər verir ki, bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günləri…
Niderlandda Azərbaycan icmasının üzvləri Ramazan bayramını qeyd ediblər
Haaqada “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Ramazan bayramı qeyd edilib. SİA xəbər verir ki, bayram tədbirində Azərbaycanın Niderland Krallığındakı səfirliyinin diplomatları, Niderlandda, Almaniyada və Belçikada yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından…
Sabaha olan hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən havanın temperaturu gecə 10-15° isti, gündüz…
Bu gün meteohəssas insanlar üçün əlverişlidir
Bu gün meteohəssas insanlar üçün əsasən əlverişlidir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, martın 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Həftəsonu axtarışda olan 106 nəfər saxlanılıb
Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 84, o…
Rusiyada vətəndaşlıq almış şəxslərin xarici sürücülük vəsiqələri etibarsız olacaq
2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçmiş vətəndaşların xarici sürücülük vəsiqələri ölkə ərazisində etibarsız sayılacaq. SİA xəbər verir ki, Rusiyada sürücü etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu 15 min…
Martın son günü hava belə olacaq
Martın 31-də gözlənilən hava şəraiti Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 8-12° isti, gündüz 19-24° isti olacaq….