Sosial

Ali Məclisin Humanitar siyasət komitəsinin iclası keçirilib

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin iclası keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, komitə sədri Ülkər Bayramova 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda, yaz sessiyasında görüləcək işlər müzakirə…

Milli Məclisdə Gənclər Fondunun ötənilki fəaliyyəti barədə təqdimat olub

Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib. İclasın 2 Fevral –…

Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub

Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. “Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu…

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Ziya Bünyadov prospekti,…

Nəqliyyatın hərəkəti bu tarixdə tam məhdudlaşdırılacaq

Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları…

“Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır”

“Məlumunuzdur ki, Azərbaycanda 2 fevral – Gənclər Günüdür. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, 1997 – ci…

Həmkarlar ittifaqları Ulu Öndərin ideyalarını şərəflə həyata keçirməlidir

“Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərin yenidənqurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib…

AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli hər həftə agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı,…

Nazirliyin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin fevralda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq…

Yol polisi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə SİA-ya İdarədən məlumat verilib. Müraciətdə bildirilib ki, milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi…