Dünya

Xersonda ardıcıl partlayışlar baş verdi

Ukraynanın Xerson şəhərində növbəti dəfə partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “İctimai Xəbərlər” nəşri məlumat yayıb. Təfərrüat açıqlanmır. Şəhərdə hava həyəcanı siqnalı elan edilməyib.

Olaf Şolts və Fridrix Merts teledebatda üz-üzə gəliblər

Almaniyada keçiriləcək növbədənkənar parlament seçkilərində Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi, hazırkı Kansler Olaf Şolts və Xristian Birlik (CDU/CSU) partiyalarının Kansler vəzifəsinə namizədi Fridrix Merts teledebatda iştirak ediblər. SİA xəbər verir ki, ARD və ZDF kanallarında birbaşa yayımlanan 90 dəqiqəlik…

Pentaqon həddini aşır, xalq narazıdır

Pentaqonun büdcəsindən səmərəsiz istifadə edilir və onun xərcləri əsassız olaraq yüksəkdir. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib. Trampın müşaviri qeyd edib ki, ABŞ vətəndaşları Pentaqonun həddini aşması, israfçılığı və borcuna…

Tramp fevralın 9-nu Amerika Körfəzi Günü elan edib

ABŞ Prezident Donald Tramp 9 fevral tarixinin Amerika Körfəzi Günü elan edilməsinə dair bəyannamə imzalayıb. SİA-nın məlumatına görə o, yeni Amerika Körfəzi adlandırılan Meksika körfəzi üzərindən uçarkən təyyarədə bəyannaməyə imza atıb. Pilot daha sonra səsgücləndirici vasitəsilə tarixdə ilk dəfə bu…

Ona böyrəyini bağışlayan oğluna miras qoymadı

Ona böyrəyini bağışlayan oğluna miras qoymadı

İran Hörmüz boğazını bağlaya bilər

İran hərbi qüvvələri, lazım gəldikdə Hörmüz boğazını bağlamağa hazır olduqlarını bəyan ediblər. SİA xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasda jurnalistlərə açıqlamasında bildirib. Tanqsiri, “Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya…

ABŞ-nin Qəzza ilə bağlı təkliflərinin müzakirə ediləcək heç bir tərəfi yoxdur

ABŞ administrasiyasının Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim baxımımızdan müzakirə ediləcək heç bir tərəfi yoxdur. SİA xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfər edəcəyi Asiya turnesinə başlamazdan əvvəl jurnalistlərə bildirib. “Sionist rejiminin…

ABŞ-dan qayıdan Paşinyan bu ölkəyə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada işgüzar səfərdə olacaq. SİA xəbər verir ki, bu barədə baş nazir administrasiyasının mətbuat xidməti məlumat yayıb. Paşinyan süni intellektə həsr olunmuş sammitdə iştirak edəcək. Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında da…

Özbəkistanda magistral qaz kəmərində yanğın baş verib

Özbəkistanın Buxara vilayətində “Buxara-Ural” magistral qaz kəmərində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, qəzanın aradan qaldırılması üçün tədbirlər görülür, ölən və xəsarət alan yoxdur. “Buxara vilayəti ərazisindən…

Britaniyalı nazir müavini vatsapdakı yazışmalarına görə işdən çıxarıldı

Böyük Britaniyanın səhiyyə nazirinin müavini Endryu Qvin vatsapda qapalı qrupda söylədiyi təhqiramiz şərhlərə görə işdən çıxarılıb. SİA xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Nəşr nazir müavininin dərc etdiyi mesajları cinsiyyətçi və irqçi adlandırıb. Həmçinin mesajların birində Qvin…