Dünya

KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir

Koreya Xalq Demokratik Respublikası (KXDR) Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Cənubi Koreya ilə hava hərəkətinə nəzarət əlaqəsini kəsmək planı barədə məlumatlandırıb. SİA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Bildirilir ki, KXDR hava hərəkətinə nəzarət…

Almaniya Kansleri seçki kampaniyasının sonuncu mərhələsində irqçilik ittihamı ilə üzləşib

Almaniyanın Kansleri, Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts fevralın 23-də keçiriləcək seçkilərə on gün qaldığı bir vaxtda irqçilik ittihamı ilə üzləşib. SİA xəbər verir ki, Kansler Berlinin mədəniyyət senatoru, Xristian Demokratlar İttifaqından (CDU) olan siyasətçi, Tanzaniya əsilli Co…

Poroşenko ev dustağıdır – KİV

Poroşenko ev dustağıdır – KİV

Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı kimi tərkibinə daxil olmayacağını bəyan edib. SİA xəbər verir ki, bu barədə o, Brüsseldə jurnalistlərlə bildirib. “Tam aydın danışmaq istəyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu heç vaxt…

Türkiyə ilin sonuna qədər 1.3 milyard kubmetr Türkmənistan qazı alacaq

Türkiyə ilin sonuna qədər 1.3 milyard kubmetr Türkmənistan qazı alaraq yerli istehlakçılara təqdim edəcək. SİA xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar söyləyib. Onun sözlərinə görə, Ankara uzun müddət Türkmənistandan mavi yanacaq tədarük etməyə çalışıb….

Almaniya Ukraynaya 100-ə yaxın idarə olunan raket verir

Almaniya yaxın vaxtlarda Ukraynaya IRIS-T zenit-raket kompleksi üçün 100-ə yaxın idarə olunan raket təhvil verəcək. SİA xəbər verir ki, bu barədə Almaniyanın NATO-dakı nümayəndə heyəti “Ramştayn” formatında keçirilən görüşdən sonra X sosial şəbəkəsində məlumat verib. Almaniya nümayəndə heyəti qeyd edib…

Yaş salfetlər qadağan olunacaq

Niderland hakimiyyəti yaş salfetləri qadağan etməyi planlaşdırır. SİA xəbər verir ki, Niderland hökuməti tərkibində plastik olan yaş salfetlərə ümumavropa qadağası qoyulmasını təklif edib. Buna səbəb kimi ciddi ekoloji fəsadlar və kanalizasiya sistemlərinin tıxanması göstərilib. Təmizlik və ya uşaq baxımı üçün…

Castin Biber küçəyə hamam xalatında çıxdı

Son vaxtlar geyimləri ilə gündəmə gələn Kanadalı müğənni Castin Biber Nyu-Yorkda görüntülənib. SİA “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sənətçi bu dəfə spadan çıxdıqdan sonra hamam xalatında kameralara tuş gəlib. 30 yaşlı Castinin son həftələrdə qeyri-sabit davranışı və ictimai…

Fransada restorana qumbara atılıb

Qrenobl şəhərindəki restoranda baş verən partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb. İlkin məlumata görə, naməlum şəxs restorana daxil olaraq qumbara atıb və hadisə yerindən qaçıb. Zərərçəkənlərdən ikisinin vəziyyətinin…

ABŞ Dövlət katibi Yaxın Şərqə ilk səfərini edəcək

ABŞ Dövlət katibi Marko Rubio fevralın 15-18-də İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. SİA-nın məlumatına görə, səfər çərçivəsində yüksəksəviyyəli görüşlərdə regional əməkdaşlıq, sabitlik və sülhün inkişaf etdirilməsi, amerikalıların və bütün digər girovların HƏMAS tərəfindən azad edilməsi, Qəzzada…