Azərbaycan kərə yağı idxalına çəkdiyi xərci 2 dəfədən çox artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 min 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib. Bunlar, ötən…
Masallıda mağazalardan 9 min manatlıq oğurluq edilib
Polisin keçirdiyi tədbirlərlə silsilə oğurluqlar edən şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefonun oğurlanması barədə polisə məlumat…
Ər-Riyaddakı danışıqlarda gəmiçiliyin təhlükəsizliyi müzakirə edilir
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Rusiya və ABŞ danışıqlarının gündəliyində Qara dəniz təşəbbüsü məsələsi durur. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Bu gün gündəlikdə Qara dəniz təşəbbüsü məsələsi və bu təşəbbüsün…
Ankarada nümayişə müdaxilə edən 5 polis yaralanıb.
Ankarada Əkrəm İmamoğlunun istintaqına etiraz olaraq keçirilən icazəsiz nümayişlər zamanı 5 polis yaralanıb, 66 nümayişçi saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror araşdırmalarına etiraz etmək istəyən qrup…
34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb. SİA xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında…
SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəyə və yüksək etik standartlara sadiqliyini bir daha nümayiş etdirərək uyğunluq sahəsində yeni təlim proqramına start verib. SİA bu barədə SOCAR-a istinadən xəbər verir. “The Consultant Global” şirkətinin keçirdiyi təlim proqramının ilk sessiyasında SOCAR-ın…
Axtarlşda olan 45 nəfər saxlanılıb
Martın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan…
FHN əhaliyə müraciət edib
FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir: “Novruz və Ramazan bayramları ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində…
Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb
Oksford Universiteti və London Universitet Kollecinin tədqiqatçıları hipokampusun yaddaş formalaşdırma və gələcək davranışın proqnozlaşdırılmasında rolunu araşdıran yeni bir tədqiqat yayımlayıblar. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Nature Neuroscience” jurnalında dərc olunan araşdırma hipokampusun yaddaşları necə parçalayaraq və yenidən təşkil…
Ağcabədidə yol qəzası olub
Ağcabədidə “VAZ-2107” və “KİA” markalı minik maşınları toqquşub. SİA xəbər verir ki, rayonun Rəcbərlər kəndi ərazisində qeydə alınan qəzada sürücü və sərnişin xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.