Kiyevdə ardıcıl partlayışlar baş verdi
Ukraynanın paytaxtı Kiyevdə növbəti dəfə ardıcıl partlayışlar baş verib. SİA xəbər verir ki, bu barədə “Novosti Layf” məlumat yayıb. Hazırda Kiyev və 10 vilayətdə hava həyəcanı siqnalı elan edilib. Əlavə məlumat verilmir.
Mingəçevir su anbarında batan şəxslərin axtarışı davam etdirillir
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in…
Azərbaycana gətirilən psixotrop maddə və narkotik aşkarlanıb
İrandan Azərbaycana gətirilən külli miqdarda psixotrop maddə və narkotik vasitəsi aşkar edilib. Bu barədə SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, İran İslam Respublikasından yük nəqliyyat vasitəsində daşıyıcı şirkət vasitəsilə idxal olunan yüklərə Komitənin Bakı Baş Gömrük İdarəsinin…
Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək
Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. SİA xəbər verir ki, bununla bağlı “Feldyeger rabitəsi haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki,…
AB Ukrayna üçün yeni fond yaradır
Avropa Birliyi Ukraynaya hərbi yardım üçün yeni maliyyə ayırmaq istəyir. SİA xəbər verir ki, bu barədə Polşanın “Money” agentliyi mövcud sənədə istinadən məlumat yayıb. Məlumata görə, fevralın 18-də AB səfirləri AB-yə üzv dövlətlərin könüllü töhfələri hesabına maliyyələşəcək yeni fondun yaradılması…
Gəmilərə xəbərdarlıq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Bu barədə SİA Agentliyə istinadən xəbər verir. Xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb…
Nəqliyyat vasitəsində biletsiz sərnişin aparmaya görə cərimə artırılır
Nəqliyyat vasitəsində biletsiz sərnişin aparmaya görə cərimə artırılır. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Dəyişikliyə əsasən, dəmir yolu nəqliyyatında sərnişin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə cərimənin məbləğinin 40 manatdan…
Hovard Lutnik ABŞ-ın yeni ticarət katibi olub
ABŞ Senatı Hovard Lutniki ticarət katibi vəzifəsinə təsdiqləyib. SİA-nın məlumatına görə, 51 lehinə, 45 əleyhinə səslə o, Ticarət Departamentinin yeni rəhbəri olub. Biznesmen olan Hovard Lutnik “Cantor Fitzgerald” investisiya şirkətinin baş direktorudur.
Bakıda tıxac olan yollar açıqlanıb
Bakıda tıxac olan yollar açıqlanıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından…
Hesablama Palatası daha 3 nəzarət tədbirinin nəticələrini təsdiq edib
Hesablama Palatasında daha 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri üzrə auditor hesabatları, həmçinin bu ilin İş Planı üzrə bəzi nəzarət tədbirlərinin proqramları müzakirə edilərək təsdiq olunub. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun…