Son xəbərlər

Şəhid hərbi pilot Əbu Bəkr İsmayılovun xatirəsi yad edilib

İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu şəhid baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin…

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

Münxendə 24 yaşlı əfqan miqrantın avtomobili bir qrup mülki şəxsin üzərinə sürməsi nəticəsində xəsarət alan şəxslərdən iki nəfəri ölüb. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan bir qadın və onun ikiyaşlı qızı dünyasını dəyişib. Münxen…

Azərbaycan XİN Litvanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Litvanı Milli Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “Milli Günü münasibətilə Litva hökuməti və vətəndaşlarını təbrik edirik. Bu əlamətdar gün xalqlarımız arasında dostluq bağlarını daha da gücləndirsin”,…

Çin sükutu pozdu

Çin Xalq Respublikasının hakimiyyət orqanları Ukrayna böhranının həlli üçün ədalətli razılaşmaya ümid edir və sülhün bərpası səylərini dəstəkləyir. SİA Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ukraynalı həmkarı Andriy Sibiha…

Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edib. SİA Serbiya mətbuatına istinadən xəbər verir ki, nazir Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub….

Malidə qızıl şaxtasında uçqun olub

Malidə qeyri-leqal fəaliyyət göstərən qızıl şaxtasında uçqun olub. SİA-nın France-Presse-yə istinadən verdiyi xəbərə görə, şənbə günü baş verən uçqun nəticəsində ən azı 48 nəfər ölüb. Hadisə əvvəllər Çin şirkətinin istismar etdiyi şaxtanın üst qismində baş verib. Ölənlərin əksəriyyəti qadındır.

Şərqi Anadoluda ZƏLZƏLƏ

Türkiyənin Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb. Quruma görə, yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) qeydə alınmış yeraltı təkanların episentri Bingöl şəhərinin…

Çin Ukrayna ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır

Çin hakimiyyəti Ukrayna ilə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı fəaliyyət potensialını görməyə hazırdır. SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə deyib. “Çin xoşagəlməz amilləri…

ABŞ İsrailə ağır bombalar göndərib

Co Bayden administrasiyasının İsrailə tədarükünə qadağa qoyduğu ağır MK-84 bombaları daşıyan ilk gəmi də gecə saatlarında Aşdod limanına gəlib. SİA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Gəmidən boşaldılan bombalar yük maşınları ilə İsrail aviabazasına daşınıb. Müdafiə naziri…

İsrail və HƏMAS altıncı əsir mübadiləsini həyata keçirib

İsrail həbsxanalarında saxlanılan 369 fələstinli Qəzza zolağında saxlanılan 3 israillinin müqabilində sərbəst buraxılıb. SİA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumata görə, işğal altındakı İordan çayının qərb sahilində azad edilmiş dörd fələstinlinin vəziyyəti ağırdır. Onlar xəstəxanaya yerləşdiriliblər….