Son xəbərlər

Hazırda Azərbaycan 54 ortagəlirli ölkələr sırasındadır

Dünya İnkişaf Hesabatının təqdimatı Dünya Bankının apardığı kompleks araşdırmanın məcmusudur. 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti…

ABŞ-dan qayıdan Paşinyan bu ölkəyə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada işgüzar səfərdə olacaq. SİA xəbər verir ki, bu barədə baş nazir administrasiyasının mətbuat xidməti məlumat yayıb. Paşinyan süni intellektə həsr olunmuş sammitdə iştirak edəcək. Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında da…

“Bakı yaşıllıqllar şəhərinə çevrilir”

“Prezident İlham Əliyev Bakının yenidən qurulması və müasirləşdirlməsini daima diqqət mərkəzində saxlayır. Belə ki, metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan 19 hektarlıq sahədə salınmış yeni parkın açılışı şəhərimizə yeni bir gözəlllik bəxş edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib….

Naxçıvanın bəzi hissələrində su olmayacaq

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsi, Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranacaq. Qeyd edilib ki, bu gün…

21 qanun pozuntusu üzrə cinayət işi başlanıb

Keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”də öz əksini tapıb. Məruzəyə…

Özbəkistanda magistral qaz kəmərində yanğın baş verib

Özbəkistanın Buxara vilayətində “Buxara-Ural” magistral qaz kəmərində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, qəzanın aradan qaldırılması üçün tədbirlər görülür, ölən və xəsarət alan yoxdur. “Buxara vilayəti ərazisindən…

Pensiyalar yeni artımlarla birgə ödəniləcək

Sabah fevral ayı üzrə pensiyaların ödənişinə başlanılacaq. SİA xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Bildirilib ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Digər bölgələr üzrə, habelə…

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel qiymətləndirilir

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir. Bu barədə SİA-ya ABŞ Energetika Nazirliyindən məlumat verilib. Qurumdan bildirilib ki, Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu…

Bələdiyyələrlə bağlı 103 protokol tərtib olunub

Keçən il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında protokol tərtib edilib, məhkəmələrə göndərilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”də…

Məcnun Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov fevralın 14-də saat 09:00-da Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Kürdəmir, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin…