Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı…
Rusiyada məhbuslar müharibəyə getmək istəyirlər,..niyə?
Onlar Ukrayna ilə müharibənin tez bir zamanda bitəcəyinə ümid edirlər..? …Rusiyada hərbi çağırış və səfərbərlik qaydaları sərtləşdirilməkdə davam edir. Dövlət Duması hərbi xidmət haqqında qanuna düzəlişlər qəbul edib, ona görə çağırış kollegiyasının qərarı artıq bir…
Polis Bərdədə əməliyyat keçirib, qaçaqmalçılıqla narkotik gətirənlər saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. SİA xəbər verir ki, həmin şəxslərə məxsus 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onlar əvvəlcədən əlbir…
Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2 fevral – Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə bayram tədbirləri keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid…
Rusiya biznesi Qırğızıstandan şikayətlənir…
Mənfi bir “dost ölkə”..? …Bu arada Rusiya şirkətlərinin Qırğızıstanda qeyri-qanuni fəaliyyətləri və onların yerli qırğız məmurları tərəfindən qanunsuzluqlarla üzləşdiyi iddia edilir. SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail…
Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. SİA xəbər verir ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı…
“Xırdalan” dairəsi istiqamətində yolda təmir işləri aparılır, sıxlıq yaranıb
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində yolda təmir işləri aparılır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən nəqliyyat sıxlığı yaranıb.
Azərbaycan diplomatları yeni açılmış məscidi ziyarət ediblər
Azərbaycanın Los-Ancelesdəki konsulluğunun diplomatları Silikon vadisində yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət ediblər. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyinin mətbuat xidməti bildirib. “Yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət etməkdən şad olduq. [Türkiyənin] Dəyanət Vəqfi Silikon vadisi…
Hakan Fidan Qətərə gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 3-də Qətərə gedəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, səfər iki gün davam edəcək. H.Fidan Qətərin rəsmi şəxsləri ilə görüşəcəyi, ikitərəfli və regional məsələləri müzakirə edəcəyi…